Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İrəvanda Gürcüstan dövlət nömrə nişanlı "Cadillac"a atəş açılıb: Yaralanan var
Ermənistanın paytaxtı İrəvanda baş verən atışma zamanı bir nəfər yaralanıb.
Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, aprelin 14-də təxminən saat 1:50-də polisə Maştots prospektində atəş səslərinin eşidildiyi barədə məlumat daxil olub.
Hadisə nəticəsində "Cadillac" markalı avtomobilin ön şüşəsi, həm də park edilmiş "Jeep" avtomobili zədələnib.
Məlumata görə, Gürcüstan dövlət nömrə nişanlı "Cadillac" markalı avtomobildə olan vətəndaşa ilkin tibbi yardım göstərdikdən sonra o xəstəxanaya çatdırılıb.
Qeyd olunub ki, hadisə yerindən 20-30 metr məsafədə 10-dan çox giliz, dörd güllə və qan izləri aşkar edilib.
"Ermənistan" teqi üzrə xəbərlər
- Ramid Namazov: "Avropa İttifaqının missiyası sülhə mane olur"
- Nikol Paşinyan Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını pisləyib
- İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı
- Ermənistan hökuməti terror təşkilatına maliyyə yardımı edir
- Ermənistan Azərbaycanda təşkil olunacaq III MDB Oyunlarında iştirak edəcək?