Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İrəvanda növbəti etiraz aksiyaları başladı: Saxlanılanlar var
Ermənistan polisi səhər saatlarından indiyə qədər itaətsizlik nümayiş etdirən ümumilikdə 9 etiraz aksiyası iştirakçısını saxlayıb.
Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, iki nəfər İrəvanın Respublika meydanında, digər yeddi nəfər isə Myasnikyan prospektində saxlanılıb ki, burada daha əvvəl nümayişçilər ərazilərdən birini bağlayıblar.
Ermənistanın İrəvan şəhərində növbəti etiraz aksiyaları başlayıb.
Bu barədə "Telegram"ın Ermənistan seqmentində videogörüntülər yayılıb.
Nazirlər Kabinetinin iclasının keçiriləcəyi hökumət binası yaxınlığında toplanan etirazçılarla polis qüvvələri arasında qarşıdurma yaşanır.
Etirazçıların hökumət binası ətrafında saxladıqları və nəqliyyatın hərəkətinə mane olan avtomobilləri ərazidən yığışdırılır.
Həmçinin, aksiya iştirakçılarının saxlanmasına başlanılıb.
Xatırladaq ki, İrəvanda ardıcıl bir neçə gündür ki, müxalifət və din xadimlərinin tərəfdarları etiraz aksiyaları keçirirlər.
Rəylər