Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İrəvanda partlayışda ölənlərin sayı artdı - YENİLƏNİB
İrəvanın “Surmalu” ticarət mərkəzində partlayışda ölənlərin sayı 17 nəfərə çatıb.
Ermənistan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri dağıntılar altından daha bir nəfərin cəsədini çıxarıblar. Qeyd edək ki, hadisə ilə əlaqədar Ermənistanda matəm elan edilməsi planlaşdırılır. Nazirlər Kabinetinin Mətbuat Xidmətindən bildirilib ki, matəm gününün vaxtı axtarış-xilasetmə işləri başa çatdıqdan sonra müəyyən ediləcək.
Mənbə: Sputnik Ermənistan
09:34
İrəvanın “Surmalu” ticarət mərkəzində baş verən partlayış nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.
Bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan bildirib:
“Daha bir cəsəd dağıntılar altından indicə çıxarılıb. Hazırda ölənlərin sayı 16-dır. Axtarış-xilasetmə əməliyyatları davam edir”.
Hadisədə terror aktı versiyası istisna edilir.
Qeyd edək ki, hadisə nəticəsində 61 nəfər xəsarət alıb, 22 nəfər isə itkin düşüb. Onlar arasında İran və Rusiya vətəndaşları var.
Mənbə: Sputnik Ermənistan
Rəylər