Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İrəvanda Rusiya sərhədçilərinə qarşı aqressiya artır: Etiraz aksiyası keçirildi
Ermənistanın “Milli Demokratik Qütb” siyasi hərəkatının gənclər qanadı İrəvanın “Zvartnots” hava limanı yaxınlığında aeroportda xidmət edən Rusiya sərhədçilərinin oradan çıxarılması tələbi ilə etiraz aksiyası keçirir.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
“Bu, təkcə Ermənistan Respublikasının qeyri-suverenliyinin sübutu deyil, həm də hər bir erməninin ləyaqətini təhqir edən rüsvayçı faktdır.
Ermənistan Respublikasının vətəndaşı olan ləyaqətli erməni üçün əcnəbinin öz ölkəsinin, evinin qapısını mühafizə etməsi, ölkəyə kimin buraxılıb-buraxılmayacağına əcnəbinin qərar verməsi qəbuledilməzdir.
Əslində bu gün biz öz məmləkətimizin ağaları deyilik və bilmirik ki, ölkəmizin qapısı kimə açıqdır, ya bağlıdır.
Ermənistanda isə sərhədçi deyilən işğalçıları ölkəmizdən çıxara biləcək məmur olmayıb və yoxdur. Ona görə də, məsələ buna dözməyən ləyaqətli ermənilərin çiynində qalıb”, - etirazçılar bildiriblər.
Onlar Ermənistan sərhədlərində Rusiya işğalçılarının olduğunu bilən və bu reallığı qəbul etməyən bütün vətəndaşlara müraciət ediblər.
“Gəlin birlikdə Rusiya işğalçısını Ermənistandan qovmaq və suveren dövlət yaratmaq iradəmizi ifadə edək”, - aksiya iştirakçıları müraciətlərində bildiriblər.
Əraziyə xeyli sayda polis əməkdaşı cəlb edilib.
Rəylər