İrəvanda gənclər arasında mübahisə dava ilə yekunlaşıb.
Oxu.Az Ermənistan KİV-nə istinadən xəbər verir ki, insident martın 10-da günorta saatlarında İrəvan Dövlət Pedaqoji Universitetinin yaxınlığında baş verib.
İnsidentin bir iştirakçısı deşilmiş-kəsilmiş yara ilə xəstəxanaya yerləşdirilib. O, polisə izahat verə bilmir.
Polis hadisə yerində 7 nəfəri saxlayıb. Bıçaq xəsarəti yetirmiş gəncin şəxsiyyəti hələ müəyyən olunmayıb. Məhkəmə-tibb ekspertizası təyin olunub.
www.oxu.az