Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İrəvanda ticarət mərkəzinin ərazisində baş verən yanğın iki gündən sonra söndürülüb
Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti xəbər verir ki, partlayışın baş verdiyi “Surmalu” ticarət mərkəzinin ərazisində baş vermiş yanğın avqustun 16-da saat 17:49-da söndürülüb.
“Saat 18:00-a olan məlumata görə, axtarış-xilasetmə işləri davam etdirilir. Yanğınsöndürmə və xilasetmə əməliyyatlarının aparıldığı ərazi 1 hektara yaxındır", - məlumatda deyilir.
Qeyd edək ki, yanğın avqustun 14-də baş verib.
Hazırda hadisə nəticəsində 17 nəfərin öldüyü məlum olub, daha 3 nəfərin axtarışları davam edir.
Mənbə: Sputnik Armenia
"Ermənistan" teqi üzrə xəbərlər
- Ermənistanda zəlzələ: Türkiyədə də hiss edilib
- Hikmət Hacıyev: "Ermənistan davamlı sülh üçün ədliyyə prosesi ilə əməkdaşlıq etməlidir"
- Ruben Vardanyan ailəsi ilə telefon danışığı zamanı audiomesaj göndərib
- Ermənistan Avropa İttifaqındakı nümayəndəliyində hərbi attaşe vəzifəsini təsis edir
- Ermənistanda sərnişin qatarı minik avtomobili ilə toqquşub: Ölənlər və yaralananlar var
Ən çox oxunanlar