İrəvanda qumbara ilə bağlı növbəti insident baş verib.
Oxu.Az Ermənistan KİV-nə istinadən xəbər verir ki, insident Nork-Maraş rayonu 6 ünvanında yerləşən evlərdən birində baş verib. Naməlum şəxs qumbaranı evin darvazasına bağlayıb.
Hüquq-mühafizə orqanları qumbaranın zərərsizləşdirilməsi və cinayətkarı müəyyən etmək üçün tədbirlər həyata keçirir.
Xatırladaq ki, son vaxtlar İrəvanda qumbara ilə bağlı insidentlərin sayı çoxalıb.