Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
İrəvanda yerləşən Rusiya-Ermənistan Universitetində (REU) bomba olması barədə şəhər polisinə siqnal daxil olub.
Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
“Bu gün Daxili İşlər Nazirliyinə REU-da partlayıcı qurğu yerləşdirilməsi barədə siqnal daxil olub. Hadisə yerində əməliyyat qrupları işləyir”, - məlumatda bildirilir.
Yarım saatdan sonra məlum olub ki, heç bir təhlükə yoxdur, dərslər həmişəki rejimdə davam edir.
Ən çox oxunanlar
Rəylər