Son günlər minlərlə Ermənistan vətəndaşı Serj Sarkisyanın istefası tələbi ilə İrəvanın mərkəzi küçələrinə, prezident sarayının yanına və dövlət başçısının istirahət iqamətgahının önünə axışmaqdadır.
Oxu.Az Axar.az-a istinadən xəbər verir ki, səhər saatlarından İrəvanın Kond məhəlləsinin sakinləri Sarkisyanın istirahət iqamətgahının önünə toplaşıblar.
Prezidentin gəlişini gözləyən aksiya iştirakçıları ondan problemlərinin yerindəcə həllini tələb edəcəklərini bildiriblər.
Sakinlər yeddi ilə yaxın müddətdə ev problemlərinin həll olunmamasından narazıdırlar.
Xatırladaq ki, Sarkisyanın istefası tələbi ilə dünən İrəvanın mərkəzi küçələrində daha bir aksiya keçirilib. Prezidentliyə keçmiş namizəd Paruyr Ayrikyanın rəhbərliyi altında şəhərin Azadlıq meydanında keçirilən etiraz aksiyasında Serj Sarkisyanın istefası tələb olunub. Onlar, “İstefa, istefa!” və “Azad və müstəqil Ermənistan uğrunda!” şüarları səsləndiriblər.