İŞİD-in insanların qolunu necə kəsdiyi məlum olub.
Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, uzun müddətdir İŞİD terror təşkilatının nəzarətində olan Mosulda çəkilən fotolar insanın qanını dondurur. Terrorçular bu dəfə cinayətə görə tutulanların əllərini necə kəsdiklərini nümayiş etdiriblər.
Vəhşiliyin fotoları İŞİD tərəfdarları tərəfindən sosial şəbəkələrdə paylaşılıb. Maskalı terrorçular tərəfindən həyata keçirilən əməliyyatlara bir ağsaqqal tərəfindən nəzarət olunur.
Mosul şəhərində yüzlərlə adam bu vəhşiliyi izləmək üçün mərkəzdə toplanır. Kütlə yaraqlıların göstərişinə uyğun olaraq düzülür və əməliyyatları izləyirlər. Əməliyyatdan əvvəl isə tibbi prosedur tətbiq olunur.
Qeyd edək ki, oğurluq edənlər şəriət məhkəmələrinin qərarına əsasən bu cür cəzalandırılır.