Öldürülən İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadinin yerinin necə tapılmasının detalları bəlli olub.
“The New York Times” xəbər verir ki, xüsusi xidmət orqanları onun arvadlarından biri vasitəsilə yerini müəyyənləşdirib.
Əl-Bağdadinin arvadını və kuryerini həbs edib danışdıran kəşfiyyatçılar bundan əlavə iraq və kürd xəfiyyələrinin köməyi ilə onun Suriyanın şimalında bir kənddə gizləndiyini öyrəniblər.
Qeyd edək ki, ötən gün öldürülməsi haqqında xəbər yayılan İŞİD liderinin ölümünü ABŞ Prezidenti Tramp da təsdiqləyib.
Rəylər