İŞİD terror qruplaşmasının silahlıları Suriyada Palmira şəhərinin 26 dinc sakinini edam edib.
Oxu.Az xəbər verir ki, bu barədə Agence France-Press məlumat yayıb.
Bildirilir ki, edam edilənlərdən 10-nun başı kəsilib.
Məlumatda qeyd edilir ki, terrorçular şəhər sakinlərini Suriya hakimiyyətinə dəstək verməkdə ittiham ediblər.
Qeyd edək ki, Palmira şəhəri UNESCO-nun Mədəni İrs Siyahısına daxil edilib, və qədim dünyanın ən mühüm mədəniyyət mərkəzlərindən biri sayılır.