“İslam dövləti” (İŞİD) terror qruplaşması Suriyada monastırı buldozerlərin köməyi ilə yerlə yeksan ediblər. Bu barədə Reuters məlumat yayıb.
Oxu.Az xəbər verir ki, yaraqlılar bu ilin avqustun əvvəlində zəbt olunmuş El-Karyatayn şəhərindəki monastırı dağıdıblar.
El-Karyatayn qədim Palmir şəhərini Livanın sərhədi ilə birləşdirən trasın yaxınlığında yerləşir.
Yaraqlılar şəhərin 230 sakinini əsirlikdə saxlayır.
www.oxu.az