İŞİD terrorçularının maliyyələşdirilməsi üçün istifadə olunan neft zavodları ABŞ hərbi təyyarələri tərəfindən bombardman edilib.
Oxu.Az -ın ANS PRESS-ə istinadən məlumatına görə, bu gün ABŞ aviasiyası Suriya ərazisində İŞİD-in mövqelərinə zərbələr endirib.
Suriyanın Tal Abyad şəhəri yaxınlığında və Türkiyə sərhədinə yaxın ərazidə yerləşən 3 neft emalı zavodu avia zərbələr nəricəsində dağıdılıb.
Qeyd edək ki, dünən kürdlərin yaşadığl Ain al-Arab şəhərinə hücum etməyə hazırlaşan İŞİD yaraqlıları da ABŞ başda olmaqla koalisiyya qüvvələrinin hədəfinə çevrilmişdi.