İŞİD yaraqlıları mülki jurnalist Ruqiya Hassanı edam ediblər, Suriyanın jurnalist təşkilatı məlumat yayıb.
Təşkilatın məlumatına əsasən, Hassan oktyabrdan bu vaxta qədər radikalların edam etdikləri beşinci jurnalistdir.
Oxu.Az lenta.ru-ya istinadən xəbər verir ki, Hassan “Raqqa is Being Slaughtered Silently” (qrupun adı “Rakkanın səssiz məhv edilməsi” kimi tərcümə edilə bilər – “lenta.ru”) qrupu ilə əməkdaşlıq edirdi, bəzən “Nisan İbrahim” təxəllüsü ilə yazırdı.
O, İŞİD-in işğal etdiyi ərazidə, əsasən də Rakkada baş verənlər barədə sosial şəbəkələrdəki səhifələrində danışırdı.
Radikalların fəaliyyəti barədə tənqidi yazılar yazan Hassan keçən ilin iyul ayından dekabr ayına qədər itkin düşüb.
Syria:direct-in məlumatına görə, İŞİD onun qohumlarını edam edəcəyi barədə xəbərdar edib. Hassan casusluqda ittiham edilərək ölümə məhkum edilib.