DAASH təşkilatından (“İran və Böyük Suriyanın İslam dövləti”) olan islamçılar tutduqları iki xristianı, Deyr-Həssən kəndindən olan ermənilərin başlarını kəsiblər.
Bu barədə ermənilərlə birlikdə islamçıların əlinə düşmüş, lakin qaçıb qurtara bilmiş kürdlər danışıblar.
Oxu.Az xəbər verir ki, İshtar TV-nin məlumatlarına görə, DAASH-da oğurlanmış 10 kürd həbsdən qaçıb və Afrinə, evlərinə qayıdıblar (Hələb, Suriya).
Rəşid Arif - qaçanlardan biri deyib ki, islamçılar iki ermənini düşərgəyə gətirib və bir həftə orada saxlayıblar. Bir həftdədən sonra onları həbsxanadan çıxarıblar və bundan sonra heç kim həmin şəxsləri sağ görməyib.
“Yerkramas.org” erməni portalının məlumatına görə, sonradan oğrulardan biri həbsdə olanlara biskvit qutusu gətirib və onun içindəkini yeməyi təklif edib. Dustaqlar qutunu açdıqda orada ermənilərdən birinin başını görüblər.
Qeyd edək ki, bundan əvvəl Hələbdə islamı qəbul etməyən Minas adlı erməninin öldürüldüyü bildirilirdi. Minas və atası 115 gün həbsdə saxlanılıblar.