İspaniyada polisin bütün ölkə boyu keçirdiyi irimiqyaslı əməliyyat nəticəsində 11 ton həşiş müsadirə edilib.
Oxu.Az-ın xarici KİV-ə istinadən verdiyi məlumata əsasən, həmçinin Mərakeş narkokartelinə daxil olan 55 nəfər saxlanılıb.
Polis bildirib ki, əməliyyat zamanı şübhəli şəxslərdən nağd 2 milyon avro və bir neçə növ silah aşkar olunub. Polis reydləri həmçinin Madrid, Barselona və Malaqada keçirilib.
Məlumatda qeyd olunub ki, həşiş əsasən Böyük Britaniya, Fransa, İtaliya və Niderlanda tədarük olunur.
www.oxu.az