İspaniya Hərbi Hava Akademiyasına məxsus “CASA C-101” təlim-məşq təyyarəsi Aralıq dənizində qəzaya uğrayıb.
“Europa Press” xəbər verir ki, hadisə turistlərin sevimli yerlərindən olan Mursiya sahilləri yaxınlığında baş verib.
Şahidlər hadisəni lentə ala biliblər. Onlar dərhal La-Manqa xilasetmə xidmətinə bu haqda məlumat veriblər.
Bildirilir ki, pilot katapultdan istifadə edib. Onun axtarışlarına dəniz xilasediciləri, Qırmızı Xaç və Qvardiya cəlb olunub.
🔴 🇪🇸 Crash d’un Casa C-101 Aviojet des forces aériennes espagnoles à La Manga en mer Méditerranée. pic.twitter.com/zxsoyHOkKt
— air plus news (@airplusnews) 26 августа 2019 г.