Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi
İspaniyada dünyada ilk dəfə olaraq insanlarda onlarla siçovul hepatiti E-yə yoluxma halı müəyyən edilib.
Bu barədə “El Pais” qəzetində yazı dərc olunub.
Nəşrin yazdığına görə, “Rocahepevirus ratti” (RHEV) virusu ilk dəfə 2010-cu ildə Almaniyada aşkar edilib, lakin indiyə qədər hesab olunurdu ki, insanlar bu virusa yoluxa bilməzlər. Lakin 2018-ci ildə siçovul hepatiti E virusuna yoluxmuş ilk şəxs barədə məlum olub.
“Yeni xəstələr İspaniyanın Əndəlüs, Qalisiya, Navarra və Kataloniya kimi bir-birindən uzaq ayrı-ayrı bölgələrindəndir. Bu, virusun ölkə ərazisində böyük bir hissədə mövcud olduğunu göstərir. Bu 40 yoluxma halı 10 xəstəxanada 250-dən çox xəstədən götürülmüş nümunələrin təhlili əsasında müəyyən edilib”, - deyə Kordobanın Maymonida (Imibic) Biotibbi Tədqiqat İnstitutunda hepatit üzrə ixtisaslaşmış tədqiqatçı Antonio Rivero Xuares bildirib.
Virusun gəmiricilərdən insanlara necə keçdiyi hələlik müəyyən edilməyib. Bir fərziyyəyə əsasən, insanlar bu virusa daşıyıcı siçovulların nəcisi və ya sidiyi ilə çirklənmiş maddələrlə təmasda olduqdan sonra yoluxa bilərlər.
Rəylər