İspaniyada yarmarkadan qaçmış öküz yolda insanlara hücum edib.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, öküz 9 yaşlı uşaq olmaqla 11 nəfəri yaralayıb. İnsident Talavera-de-la-Reyna şəhərində baş verib.
Polislər öküzün qarşısını dərhal ala bilməyiblər. Aqressiv heyvanı saxlamaq üçün polislər onu maşınla vurub öldürüblər.
Xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib.