2015-ci ilin avqust ayının 26-da Valensiyadan (İspaniya) 50 km aralıda 70-ci illik “Tomatino” pomidor davası keçirilib.
Oxu.Az xəbər verir ki, şərqi ispan şəhərinin küçələri tamamilə qırmızı pomidora boyanıb, bu, minlərlə insanın bir-birini pomidorla səylə vurmağa çalışmalarının nəticəsi idi.
70-ci “Tomatino”da 2200 nəfər iştirak edib, onlar 150 ton yetişmiş pomidoru bir-birinə atıb.
İştirakçıların çoxu, məhz bu bayram üçün xaricdən gəlib.
E.Ə.
www.oxu.az