Şəxsi intiqam Leon şəhərində hakimiyyətdə olan Xalq partiyasının yerli şöbəsinin sədrinin qətlində əsas motiv kimi nəzərdən keçirilir.
Oxu.Az Euronews-a istinadən xəbər verir ki, 58 yaşlı İzabel Karrasko dünən günorta saatlarında işə gedərkən güllələnib.
Naməlum qadın ona 5 dəfə atəş açıb, üç güllə öldürücü olub.
İlkin məlumata görə, atəş açan şəxs yerli hakimiyyət nümayəndəsindən qızını işdən çıxardığı üçün intiqam alıb. Hər iki qadın - ana və bala saxlanılıb.
Xalq partiyasının rəhbərliyi bu həftə üçün nəzərdə tutulan bütün rəsmi tədbirlər, o cümlədən Avropa Parlamentinə seçkilər qabağı debatları belə ləğv edib.
Hakimiyyətdə olan və müxalifət nümayəndələri Karraskonun ölümü ilə əlaqədar başsağlığı veriblər.
O, uzun illər Leon şəhərinin maliyyə və vergi orqanlarında çalışıb. 2004-cü ildə konservativ Xalq partiyasının yerli şöbəsinə lider, 2007-ci ildə isə vilayət hakimiyyətinin sədri seçilib.