Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İspaniyada “Telegram”ın fəaliyyəti qadağan edildi
İspaniya məhkəməsi “Telegram” sosial şəbəkəsinin ölkədə fəaliyyətini dayandırmaq qərarına gəlib.
Belə ki, İspaniya Milli Məhkəməsinin hakimi Santyaqo Pedraz “Telegram”ın işinin dayandırılması ilə bağlı qəbul edilən məhkəmə qərarının icra edilməsinə dair göstəriş verib.
Qeyd olunur ki, məhkəmə bir neçə media şirkətinin şikayətinə baxıb.
İspaniyanın EGEDA, “Mediaset Espana”, “A3 Media” və “Movistar Plus” media şirkətləri “Telegram”ın ölkədə pirat materialların yayılmasında ittiham ediblər.
Məhkəmə şikayətləri əsaslı sayaraq “Telegram”ın ölkə ərazisində müvəqqəti bloklanması barədə qərar qəbul edib.
Mənbə: “Telecino”
Rəylər