İspaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb, insident nəticəsində iki nəfər ölüb.
Oxu.Az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, hadisə Toledo əyalətində qeydə alınıb. Təyyarə Valmoxado şəhər aerodromundan havaya qalxarkən qəzaya uğrayıb. Yerə çırpıldıqdan sonra təyyarə yanıb.
Hadisənin səbəbləri araşdırılır.