İspaniyanın Alikantedə şəhərindəki MARQ Arxeologiya Muzeyindən məşhur Vilyena xəzinəsi oğurlanıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə 20minutos.es nəşri məlumat verib.
Oğrular gecə pəncərəni sındıraraq muzeyə daxil olublar. Həyəcan siqnalı səhər saat 5:16-da səslənib. Soyğun prosesinin özü isə dörd dəqiqə davam edib. Oğrular sürətlə və bir neçə nəqliyyat vasitəsindən istifadə edərək koordinasiyalı şəkildə hərəkət ediblər.
Hazırda İspaniya Mülki Qvardiyası soyğunu rekonstruksiya etmək və cinayətkarların şəxsiyyətini müəyyən etmək üçün müşahidə kameralarının videoqeydlərini araşdırır. Müstəntiqlər barmaq izlərinin və digər sübutların axtarışı ilə məşğuldurlar.
Vilyena xəzinəsi Tunc dövrünün ən böyük xəzinələrindən biridir. Valensiya Tunc dövrünə aid mədəniyyət məhsulu kimi təsnif edilir. Xəzinə ilk dəfə 1963-cü ildə Vilyena yaxınlığındakı ərazidə aparılan qazıntılar zamanı aşkar edilib.
Xəzinəyə bir neçə qızıl və gümüş qab, kasa, bilərzik və kral skipetri bəzək əşyalarının digər fraqmentləri daxildir.