Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 500-ə yaxınlaşır
İsrailin Livanın cənub və şərqindəki ərazilərə endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 492-yə çatıb, 1645 nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, hava hücumlarının qurbanları arasında 35 uşaq və 58 qadın da var.
İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənub və şərqindəki yaşayış məntəqələrinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 274-dən 325-ə yüksəlib, 1 200 nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinə istinadən "Al Mayadeen" telekanalı məlumat yayıb.
Daha əvvəl səhiyyə naziri vəzifəsini icra edən Firas Abyad hava zərbələri nəticəsində 21 uşaq və 39 qadının həlak olduğunu bildirib. Bir neçə təcili yardım işçisi də avtomobillərinin hava zərbələrinə məruz qalması nəticəsində həlak olub.
Səhiyyə Nazirliyi rəhbərinin sözlərinə görə, livanlılar 1975-1990-cı illərdə vətəndaş müharibəsi başa çatdıqdan sonra ilk dəfədir ki, belə itkilərə məruz qalırlar.
İsrail Silahlı Qüvvələrinin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 274 nəfər həlak olub, mindən çox insan yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Livanın səhiyyə naziri Firas Abyad bildirib.
"İsrailin Livanın cənubuna hücumu nəticəsində ölənlərin sayı 274 nəfərə çatıb, 1024 nəfər isə yaralanıb", - o qeyd edib.
İsrailin Livanın cənubunda yerləşən yaşayış məntəqələrinə endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 100-dən 182-yə yüksəlib, 727 nəfər yaralanıb.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə respublikanın Səhiyyə Nazirliyindən məlumat verilib.
Məlumata görə, yaralıların çoxu ağır vəziyyətdə xəstəxanalara çatdırılıb. Zərərçəkənlərin sayı arta bilər. Ölən və yaralananlar arasında qadın və uşaqların da olduğu bildirilir.
İsrail ordusunun Livanın cənubundakı "Hizbullah" mövqelərinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 182 nəfərə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat verib.
Yaralıların sayının isə 727 nəfərə çatdığı bildirilir.
Qeyd edək ki, bu gün səhər saatlarında İsrail ordusu mülki şəxslərə "Hizbullah"ın silah saxlamaq üçün istifadə etdiyi yerlərdən uzaqlaşmaları barədə xəbərdarlıq edib.
İsrail ordusunun "Hizbullah"ın Livanın cənubundakı mövqelərinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı artıb.
Oxu.Az xəbər verir ki, Livan Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, ölənlərin sayı 100 nəfərə çatıb.
Yaralıların sayının isə 400-ü ötdüyü bildirilir.
İsrail ordusunun Livanda "Hizbullah" mövqelərinə endirdiyi zərbələr nəticəsində azı 50 nəfər ölüb.
Oxu.Az xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumatda həmçinin qeyd olunur ki, İsrailin keçirdiyi əməliyyat nəticəsində 300-dən çox adam yaralanıb.
İsrail Hərbi Hava Qüvvələri səhər saatlarından etibarən "Hizbullah"ın Livanda yerləşən hərbi obyektlərinə 150-dən çox zərbə endirib.
Oxu.Az xəbər verir ki, bu barədə SAXAL-ın Mətbuat Xidməti məlumat yayıb.
Livan tərəfi isə hələlik hadisəni şərh etməyib.
İsrail Müdafiə Ordusu (SAXAL) "Hizbullah" hərəkatının hədəflərinə irimiqyaslı zərbələr endirildiyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə SAXAL-ın Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunur ki, təfərrüat bir müddət sonra açıqlanacaq.
"İsrail" teqi üzrə xəbərlər
- İsrail rəsmisi Netanyahunun həbsinə order verilməsi ilə bağlı: "Müharibənin tərəfini tutdu"
- Livan və "Hizbullah" ABŞ-nin təklifi ilə razılaşdılar
- Husilər Təl-Əviv və Aşkelona zərbə endiriblər
- İsraildə Netanyahunun iqamətgahına hücumdan sonra üç nəfər saxlanılıb
- İsrail nümayəndələri COP29-da: "Azərbaycanın liderliyi çox vacibdir"
Rəylər