İsrail ordusu ötən gecə Livanda 20-dən çox hava hücumu həyata keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə Livanın "Al Mayadeen" televiziya kanalı məlumat yayıb.
İsrail ordusu ötən gecə Livana 20-dən çox hava zərbəsi endirib - VİDEO
Kanalın məlumatına görə, İsrail Hərbi Hava Qüvvələri gecə ərzində Livanın cənubundakı Bint Cbeil bölgəsindəki kəndlərə 21 hava hücumu həyata keçirib.
Livanın cənubundakı Əl-Qəsmiyyə körpüsünə və Beyrutun cənub ətrafı olan Dahiyaya daha bir hava hücumu qeydə alınıb.