Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İsrail prezidenti İranın zərbələrini müharibə elanı adlandırıb
İsrail prezidenti İsxak Hersoq İranın bazar günü gecə İsrailə hücumunu müharibə elanı adlandırıb.
O, bu barədə Britaniya televiziya kanalına müsahibəsində bildirib.
“Gecə Yaxın Şərqdə dörd istiqamətdən hücuma məruz qaldıq, raketlər, ballistik raketlər, PUA və qanadlı raketlərlə atəşə tutulduq. Bu əsl müharibəyə oxşayır. Mən düşünürəm ki, bu müharibə elanıdır”, - Hersoq bildirib.
Bununla yanaşı, dövlət başçısı İsrailin ərazisinin gecə atəşinə tutulmasına cavabının necə ola biləcəyi sualına cavab verməkdən yayınıb.
“Biz müharibəyə can atmırıq. Düşünürəm ki, bu sözlərlə məhdudlaşdıracağam”, - deyə o cavab verib.
Xatırladaq ki, aprelin 13-ü axşam saatlarında İran İsrailə qarşı pilotsuz təyyarələr və raketlər ataraq bunu İranın Dəməşqdəki səfirliyinin konsulluq bölməsinə İsrailə aid edilən hücuma cavab adlandırıb.
Mənbə: Sky News
Mövzuya aid xəbərlər
- İranın yüzdən çox PUA-sı ABŞ tərəfindən vuruldu - Tehran hücumun yekunlaşdığını bildirdi
- İran İsrailə ballistik raketlər atıb - VİDEO
- İran İsrailə qarşı PUA-ların üçüncü dalğasını buraxdı - YENİLƏNİB + VİDEO
- SEPAH bəyanat yaydı: “Bu, iki generalın öldürülməsinə cavabdır”
- İran İsrailə qanadlı raketlər atıb
Rəylər