Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
:1200.jpg)
İsraildə kütləvi nümayiş keçirilib - VİDEO
İsrailin paytaxtında məhkəmə islahatlarına qarşı növbəti etiraz aksiyası keçirilib.
Təl-Əvivdəki nümayiş ənənəvi olaraq şəhərin şərqində, hökumət binalarının yerləşdiyi ərazinin yaxınlığında baş tutub.
Əllərində İsrailin bayraqlarını tutan nümayişçilər hökumətin məhkəmə islahatlarının əleyhinə şüarlar səsləndirib, yeni məhkəmə islahatlarının ləğvini tələb ediblər.
Qeyd edək ki, Baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi İsrailin hazırkı hökumətinin məhkəmə islahatları ölkədə etirazlara səbəb olub. İslahatlar Ali Məhkəmənin səlahiyyətlərinin məhdudlaşdırılmasını və hakimlərin seçiminə nəzarətin icra hakimiyyətinə verilməsini nəzərdə tutur.
Bu islahatlar Ali Məhkəmənin ordu üzərində nəzarətinin azaldılmasını da nəzərdə tutur.

Mənbə: TASS
"Ali Məhkəmə" teqi üzrə xəbərlər
- Ali Məhkəmədə şərəf və ləyaqətin müdafiəsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi müzakirə olunacaq
- Yevlaxda qəbiristanlıqda baş verən qətl: Xaricdə gizlənən qatillərdən biri ağır cəza aldı
- Ali Məhkəmədən əsassız varlanma ilə bağlı MÜHÜM QƏRAR
- Hansı hallarda şəxsə daha yüngül cəza təyin edilə bilər?
- Ali Məhkəmədən quldurluq və soyğunçuluq cinayətləri ilə bağlı MÜHÜM QƏRAR