Benyamin Netanyahunun məhkəmə islahatlarına dair qanun layihəsini ən azı yay ayına qədər təxirə salmaq haqqında qərarına baxmayaraq, İsrail müxalifəti bu gecə növbəti dəfə məhkəmə islahatlarına qarşı kütləvi etiraz aksiyaları keçirib.
Ən böyük nümayiş, əvvəlki həftələrdə olduğu kimi, Tel-Əviv şəhərində baş tutub.
Nümayişçilər əvvəlcə şəhərin mərkəzi bulvarları boyunca böyük yürüş keçirib, hökumət əleyhinə şüarlar səsləndirib, İsrail bayraqlarını dalğalandırıb və məhkəmə islahatları layihəsindən tamamilə imtina etməyi tələb ediblər.
Nümayiş təşkilatçıları vurğulayıblar ki, baş nazirin və onun kabinet üzvlərinin bəyanatlarına etimad göstərmədikləri üçün aksiyaları davam etdirəcəklər.
Qeyd edək ki, İsraildə artıq 13-cü həftədir ki, müxalifətin kütləvi etirazları keçirilir.
Mənbə: TASS
Rəylər