İsrailin Livanın cənubuna endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 558-ə yüksəlib, 1 835 nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Beyrutda keçirdiyi mətbuat konfransında Livanın səhiyyə naziri vəzifəsini icra edən Firas Abyad məlumat verib.
"Həlak olanlar arasında 50 uşaq və 94 qadın var, dörd təcili yardım xidmətinin işçisi həlak olub, onların avtomobilləri hava zərbələrinə məruz qalıb", - deyə Firas Abyad vurğulayıb.
Qeyd edək ki, ötən gün İsrail Livanda fəaliyyət göstərən "Hizbullah" hərəkatının 150-dən çox hərbi obyektinə zərbələr endirdiyini açıqlamışdı.
Rəylər