İsrailin paytaxtı Təl-Əvivdə düzənlənən silahlı hücum nəticəsində yaralanan beş nəfərdən ikisi həyatını itirib.
Bu barədə İsrailin hüquq-mühafizə orqanları tərəfindən verilən məlumatda qeyd olunub.
Hazırda təhlükəsizlik xidmətləri hücumu həyata keçirən şəxslərin axtarışını həyata keçirir.
İsrail paytaxtının mərkəzində çoxlu sayda hərbçi, polis və xüsusi təyinatlıları var.
23:19
İsrailin paytaxtı Təl-Əvivin mərkəzində baş vermiş atışma nəticəsində azı beş nəfər yaralanıb.
Hadisə yerinə dərhal təcili tibbi yardım xidmətinin əməkdaşları çağırılıb.
Həkimlər zərərçəkənlərdən birinin vəziyyətinin ağır olduğunu bildiriblər.
“The Jerusalem Post” nəşri yazıb ki, insident Təl-Əvivin barlar və restoranlarla məşhur “Dizengof” küçəsində baş verib.
Mənbə: Gazeta.ru