Türkiyə prokurorluğu Ankaranın iyulda baş verən hərbi çevrilişə cəhd üçün məsuliyyəti üzərinə qoyduğu Fətullah Gülənin təşkilatına dair istintaq çərçivəsində İstanbul Universitetinin 87 əməkdaşının həbsini sanksiyalaşdırıb.
Oxu.Az bu barədə “Anadolu” agentliyinə istinadən xəbər verir.
Polis ölkənin 12 əyalətində 100-ə yaxın ünvan üzrə arasında universitetin professor və dosenlərin də olduğu şübhəlilərin saxlanılmasına dair reyd keçirib.
İyulun 16-na keçən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Əsas qarşıdurma Ankara və İstanbulda olub. 246 nəfər ölüb, iki mindən çox şəxs yaralanıb. Qiyam yatırılıb.
N.O.
www.oxu.az