Cümə günü İstanbulda başlayan güclü külək “Atatürk”, “Sabiha Gökçen” hava limanlarında 103 reysin ləğv edilməsinə səbəb olub.
100 km/s sürəti ilə müşayiət edilən qasırğa İstanbulun Avropa və Asiya hissələrini birləşdirən bərə hərəkətinin də fevral ayının 1-nə qədər dayanmasına səbəb olub. Meteoroloji xəbərlərə əsasən Türkiyədə əlverişsiz hava şəraiti fevralın 3-nə qədər davam edəcək.
Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
50-80 km/s sürətində olan külək bu günlərdə Türkiyənin cənubi-qərbində Egey dənizi sahillərində, eləcə də ölkənin şimali-qərbində Qaradəniz regionunda gözlənilir.