Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İstanbulda 60 yaşlı pedofilə inanılmaz cəza verildi
İstanbulda məhkəmə uşaqlara təcavüzdə təqsirləndirilən 60 yaşlı Metin Şenay barəsində hökm elan edib.
O, 293 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttiham tərəfi Şenaya 331 il 6 ay həbs cəzası istəyib.
İstintaqın məlumatına görə, pedofil Bağçılar rayonunda su satışı ilə məşğul olan kiçik mağazada işləyirmiş. 2019-2023-cü illərdə o, mağazada gizli, pəncərəsiz, səs keçirməyən otaqda uşaqlara təcavüz edib. Otağın divarına bütün qurbanlarının adlarını yazıb.
Ən azı dörd zorlama faktı sübuta yetirilib. Hücum qurbanlar arasında onun qohumlarının uşaqları da var.
Mənbə: Milliyet
Ən çox oxunanlar