Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İstanbulda DƏHŞƏT: Təmizlik üçün çağırdı, parça-parça etdi...
Türkiyədə baş verən dəhşətli hadisə hər kəsi şoka salıb. Belə ki, günlərdir itkin düşən gənc qızın vəhşicəsinə qətlə yetirildiyi məlum olub. Onun altı hissəyə ayrılmış cəsədi tapılıb.
Oxu.Az-ın "Haber Global"a istinadla verdiyi məlumata görə, qorxunc hadisə İstanbulda baş verib.
Məlumata görə, 23 yaşlı Evra Raziya Asar 20 gündür, itkin düşüb. Ailəsinin polisə müraciətindən sonra hüquq mühafizəçiləri evlərdə xadimə işləyən Evranın son getdiyi ünvanı müəyyən ediblər. Beləliklə, ev sahibi F.D.-nin təqibinə başlanılıb.
Bir müddət sonra Beylikdüzündə bir tikinti sahəsində parçalara ayrılmış qadın cəsədinin olduğu barədə məlumat daxil olub. Araşdırmalardan sonra qalıqlar şəxsiyyətin müəyyən edilməsi üçün ekspertizaya aparılıb.
İstintaq zamanı Evranın təmizlik üçün evinə getdiyi 43 yaşlı F.D. tərəfindən boğularaq öldürüldüyü, bundan sonra başını, qollarını, ayaqlarını kəsərək qara torbalara yığıb tikinti ərazisinə atdığı müəyyən edilib.
Şübhəli artıq cinayəti etiraf edib.
Ona qarşı qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb.
"Cinayət işi" teqi üzrə xəbərlər
- Keçmiş baş həkim 1.6 milyonluq mənimsəmədə təqsirləndirilir: Aldatdığı deyilən müğənni işçisi olub?
- Bakıda yük və minik avtomobilləri toqquşub, ölən və xəsarət alan var
- Ağadadaş Ağayevə qarşı xuliqanlıqda təqsirləndirilən mühafizəçinin həbsi tələb olunub
- Beyləqanda maşın işıq dirəyinə çırpıldı, sürücü öldü
- Kafedə xuliqanlıq edən keçmiş məhkum narkotiklə tutuldu
Rəylər