Türkiyənin İstanbul şəhərində 1 nəfərin ölümü, 3 nəfərin isə güllə yarası alması ilə nəticələnən qanlı hadisə baş verib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, hadisə Sultanqazi rayonunun Yunus Emre məhəlləsində baş verib.
Məlumata görə, naməlum silahlı şəxslər məhəllə sakini Ercan Ateşin yolunu kəsiblər. Həmin şəxslərin silahlı hücumuna Ercan Ateş öz silahı ilə cavab verib və tərəflər arasında qısamüddətli atışma olub. Nəticədə Ercan Ateş öldürülüb, yolun kənarında oturan və hadisə ilə heç bir əlaqəsi olmayan 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Bundan başqa, açılan atəş nəticəsində yaxınlıqda olan avtomobillərin və iş yerlərinin şüşələrinə də güllə dəyib.
Atışmadan sonra qətli törədənlər öz avtomobilləri ilə hadisə yerindən uzaqlaşıblar.
Yaralılar isə təcili yardımla yaxınlıqda olan xəstəxanalara çatdırılıblar.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam edir.