Türkiyənin “Haber7” qəzetinin məlumatına görə, partlayışa səbəb terror aktıdır.
Məlumata görə, terrorçu-intiharçı xarici turistlərin yanında özünü partladıb.
İlkin məlumata əsasən, partlayış nəticəsində ölənlərdən 9 nəfəri alman turistidir.
14:00
Türkiyə hakimiyyəti İstanbulda partlayış nəticəsində 10 nəfərin öldüyünü təsdiq edib. Bu barədə “TRT Haber” telekanalına istinadən məlumat verir.
Oxu.Az xəbər verir ki, telekanalın məlumatına əsasən, partlayış nəticəsində 15 nəfər yaralanıb.
Türkiyənin “Haber7” qəzetinin məlumatına görə, partlayışa səbəb terror aktıdır. Məlumata görə, terrorçu-intiharçı xarici turistlərin yanında özünü partladıb.
13:19
Türkiyə KİV-in məlumatına əsasən partlayışda 10 nəfər həlak olub. Ölənlərin vətəndaşlığı hələ müəyyən edilməyib.
Oxu.Az xəbər verir ki, xəsarət alanlar arasında polislər də var.
Metro stansiyalarında iş dayandırılıb. Polis ikinci partlayışın olacağından çəkinir.
13:02
Türkiyənin İstanbul şəhərindəki Sultanəhməd Meydanında partlayış baş verib.
Oxu.Az xəbər verir ki, nəşrin məlumatına görə, hadisə nəticəsində ölənlər və yaralananlar var.
Onların sayı barədə məlumat dəqiqləşdirilir.
Digər KİV-in məlumatına görə, partlayışın episentri meydan yaxınlığındakı tramvay xəttinin dayanacağı olub.
Partlayışın səbəbi hələlik məlum deyil. Versiyalardan birinə görə, partlayışı terrorçu-kamekadze törədə bilər.
Hadisə yerinə çoxlu sayda polis və təcili tibbi yardım maşınları gəlib.