Türkiyənin İstanbul şəhərinin Esenyurt səmtində iki qrup arasında silahlı qarşıdurma yaşanıb.
Günorta saatlarında baş verən hadisədə iki nəfər yaralanıb, çoxlu sayda avtomobilə ziyan dəyib.
Şübhəlilər hadisə yerindən qaçıblar. Hüquq-mühafizə orqanları onların axtarışını həyata keçiriblər.
Hadisə ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Həmin görüntüləri təqdim edirik: