Türkiyədə inşaat işləri davam edən binaların birində işçi qəzası baş verib.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulun Məcidiyəköy rayonunda “Ali Sami Yen” stadionu ərazisində inşa edilən binalaların birində qurulun lift 32-ci mərtəbədən yerə çırpılıb.
İlkin məlumatlara əsasən, hadisə nəticəsində ölən fəhlələrin sayı 10-a çatıb, qəzada ölənlərin sayının artıb-artmayacağı bəlli deyil. Bu barədə İstanbul şəhər meri Hüseyn Avni Mutlu açıqlamasında bildirib.
H.A.Mutlu həmçinin qeyd edib ki, baş verən hadisəyəyə görə məsuliyyət daşıyan insanlar haqqında cinayət işi açılıb və 8 nəfər məsələ ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.