Türkiyənin İstanbul şəhərində uşaqların cinsi istismarı ilə bağlı əməliyyat keçirilib.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, əməliyyat zamanı onlayn ünsiyyət tətbiqləri vasitəsilə uşaqların cinsi istismarına yönəlmiş məzmunları satın aldıqları və rəqəmsal mühitdə mühafizə etdikləri iddiası ilə 47 şübhəli saxlanılıb.
Texniki və rəqəmsal araşdırmalar zamanı şübhəlilərə məxsus materiallarda cinayət tərkibli məzmunlar aşkarlanıb.
Şübhəlilər lazımi prosedurlar üçün polis bölməsinə aparılıblar.