İtaliya A Seriyasının 11-ci turunda "İnter" doğma azarkeşləri önündə "Latsio" ilə üz-üzə gəlib.
Oxu.Az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin üstünlüyü ilə keçib.
Milan təmsilçisi romalıların qapısından 2 cavabsız top keçirib. Lautaro Martinez (3) və Anj-Yoan Bonni (62) fərqləniblər - 2:0.
Bu qələbə sayəsində "neradzurri" turnir cədvəlinin zirvəsinə yüksəlib. Komandanın aktivində 24 xal var. "Latsio" isə 15 xalla 9-cu pillədə qərar tutub.
İtaliya A Seriyasında lider dəyişdi: "İnter" "Latsio"dan üstün oldu