Ümumi Daxili Məhsul (ÜDM) göstəricilərini “şişirtmək” istəyən İtaliya hökuməti qeyri-adi addım atıb.
Oxu.Az Gün.Az-a istinadən xəbər verir ki, İtaliya bundan sonra ölkənin ÜDM-ni hesablayarkən, qanunsuz narkotik satışından və fahişəlikdən daxil olan gəlirləri də ora əlavə edəcək, “Posta” qəzeti yazır.
Hökumətdə belə bir addımın atılmasını dəstəkləyənlər bununla ÜDM göstəricilərinin “daha böyük görünəcəyini” bildiriblər.
İtaliya iqtisadiyyatı son bir neçə ildə Avro zonasında hökm sürən böhranla əlaqədar ciddi problemlərlə üzləşib.
İtaliyanın hökumət sözçüsünün bu mövzuda yaydığı yazılı açıqlamada haqqında danışılan qərarın Avropa Birliyi qanunvericiliyinə zidd olmadığı qeyd edilib.
Lakin Romadakı Luiss Universitetinin iqtisadiyyat professoru Cüzeppe Taranto fahişəlik və narkotiklərin qanunsuz satışından əldə olunan gəlirlərin hesablanmasının asan olmayacağını deyib.