Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İtaliya XİN vahid Avropa ordusunun yaradılmasına çağırdı
“Avropa İttifaqı ümumi güclü Avropa ordusu yaratmalıdır”.
Bunu İtaliyanın xarici işlər naziri Antonio Tayani deyib.
O, Avropa İttifaqının vahid ordusunun ilk növbədə sülh və effektiv xarici siyasətin yaradılması üçün lazım olduğuna diqqət çəkib.
“ABŞ, Çin, Hindistan, Rusiya kimi nüfuzlu ölkələrin olduğu, Yaxın Şərq və Hind-Sakit Okean regionunda yaşadığımız kimi böhranlı bir dünyada İtaliya, Almaniya, Fransa və ya Sloveniya vətəndaşlarını yalnız artıq mövcud olan bir təşkilat müdafiə edə bilər və bu, Avropa İttifaqıdır”, - deyə italiyalı diplomat bildirib.
Tayani onu da qeyd edib ki, bu ordu kiməsə hücum etmək üçün deyil, Avropa Birliyi ölkələrinin qoşunlarını cilovlamaq və koordinasiya etmək üçün lazımdır.
Mənbə: osnmedia.ru
Rəylər