İtaliyanın Mantuya əyalətində məktəbli avtobusu aşıb.
Oxu.Az xəbər verir ki, qəza nəticəsində 23 şagird xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Qəza zamanı avtobusda 50 şagird olub.
İlkin məlumata görə, avtobus sürücüsü nəqliyyat vasitəsini idarə edən zaman qəflətən özünü pis hiss edib.
Məktəblilərin ciddi xəsarət almadığı bildirilir.
A.M.
www.oxu.az