İtaliyanın Demokrat partiyasının lideri Matteo Rentsi rəsmi olaraq İtaliyanın baş naziri vəzifəsini tutdu.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, 39 yaşlı Rentsi İtaliya tarixində ən gənc baş naziri olacaq.
O, bu postda vəd etdiyi islahatları həyata keçirə bilməməkdə günahlandırılan Enriko Lettanı əvəz edib.
İtaliyanın prezidenti Corcio Napolitano Rentsinin təklif etdiyi hökumət heyətini təsdiq edib.