Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İtalyan mafioz 16 ildən sonra tutuldu
İtaliyada mühakimə olunan və bir neçə il Fransada özünü aşpaz kimi təqdim edən mafiya başçısılarından biri Edqaro Qreko 16 illik axtarışlardan sonra həbs edilib.
O, 2006-cı ildən iki qardaşın qətlinə və 1991-ci ildə başqa bir adamı öldürməyə cəhdə görə axtarışda idi.
İtaliyanın “Ndranqete” mafiyasına məxsus ömürlük həbs edilən qatil Fransanın Sent-Etyen şəhərində saxlanılıb. 63 yaşlı mafioz Paulo Dimitrio təxəllüsü ilə yaşayıb və ən azı üç il yerli pizzacıda aşpaz kimi çalışıb.
O, 2014-cü ildən Fransanın cənub-şərqində, Lion yaxınlığındakı kiçik qəsəbədə gizlənib və burada başqa restoranlarda da işləyib.
Qeyd edək ki, Edqaro Qrekonun Sent-Etyendə ələ keçirilməsi bir neçə həftə ərzində İtaliya hakimiyyəti tərəfindən yüksək dərəcəli ikinci mafiozun həbsidir. Xatırladaq ki, yanvarın ortalarında Siciliyada klinikaya baş çəkərkən 30 ildir qaçaq olan Matteo Messina Denaro həbs edilib.
Denaro bədnam Siciliya Koza Nostranın rəhbəri olduğu halda, Qreko ölkənin cənubundakı İtaliyanın ən yoxsul Kalabriya bölgəsində yaranan “Ndranqeta” mütəşəkkil cinayətkar mafiyasının mühüm elementlərindən olub.
Mənbə: BBC
"Fransa" teqi üzrə xəbərlər
- Türkiyəli iş adamı Fransada futbol klubu aldı
- Fransada rüsvayçılıq - Uşaqların Yeni il hədiyyələrinə göz dikilib
- Çad hakimiyyəti Fransadan qoşunları 31 yanvaradək çıxarmağı tələb edib
- Fransada qalmaqallı məhkəmə başa çatdı: 10 il ərzində qadına təcavüz edən 51 kişiyə hökm oxundu
- Fransada milli matəm elan edilib
Rəylər