Moskvanın Mədəniyyət Departamentinin sədr müavini Leonid Oşarin itkin düşüb.
“İnterfaks”ın məlumatına görə, L.Oşarinin qızı Anastasiya faktı sosial şəbəkə hesabında təsdiqləyib.
“Əziz dostlar və həmkarlar, informasiya doğrudur. İstintaq Krımda və Moskvada aparılır”, - deyə A.Oşarina bildirib.
47 yaşlı L.Oşarinin martın 26-da Yaltada yoxa çıxdığı qeyd olunur.