"Bosniya və Herseqovina korrupsiya və mütəşəkkil cinayətkarlıqla mübarizədə Azərbaycanın hüquq-mühafizə orqanları, o cümlədən prokurorluq orqanları ilə əməkdaşlığı genişləndirməyə ümid edir".
Oxu.Az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Bosniya və Herseqovinanın təhlükəsizlik naziri vəzifəsini icra edən İvitsa Boşnyak bildirib.
O bildirib ki, cinayətkarlığın sərhədi yoxdur və müxtəlif növ cinayət xətaları çox vaxt bir-biri ilə, o cümlədən beynəlxalq səviyyədə əlaqəli olur:
"Məlumat mübadiləsi və əməliyyat işi məsələlərində Azərbaycan prokurorluğu ilə çox yaxşı əməkdaşlığımız qurulub. Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təcrübənin öyrənilməsi Bosniya və Herseqovina üçün xüsusi əhəmiyyət kəsb edir".