Rusiya Federasiyasının Liberal-demokrat Partiyasının lideri Vladimir Jirinovski bəyan edib ki, “McDonald's” restoranlar şəbəkəsinin Rusiyanın ərazisində bağlanması üçün əlindən gələni edəcək.
“McDonald's” artıq Krımda öz restoranlarını bağlayıb.
“Çox yaxşı. Bizdə də bağlasa yaxşı olar. RLDP şəhər təşkilatların bütün “McDonald's”-ların qarşısında piket keçirmələri üçün göstəriş verəcəm”- deyə RLDP lideri bəyan edib. Siyasətçi əlavə edib ki, bütün ölkədə “McDonald's” restoranlarının bağlanmasına nail olacaq.
“İzi-tozu da qalmasın. Sonra isə pepsi-cola ilə məşğul olarıq”- Jirinovski əlavə edib.
Eyni zamanda məlum olub ki, “McDonald's”-ın ABŞ-da baş ofisində tezliklə Krımda fəaliyyətlərini bərpa ediləcəyinə ümid edirlər. Fastfood-un baş ofisində, “restoran şirkətdən asılı olmayan istehsal səbəbləri üzündən müvəqqəti olaraq bağlanılır” kimi rəy verərək Ukrayna filialının kafenin bağlanmasına dair xəbəri təsdiqləyiblər – “RQ” xəbər verir. “McDonald's”da qapılarını tezliklə krımlıların üzünə açacaqlarına ümid etsələr də bunun üçün hansı şərtlərin vacib olduğunu dəqiqləşdirməyiblər.